Bizim depozit məhsullarımız investisiya təhlükəsizliyi, çeviklik və faiz gəlirlərinin cəlbediciliyinə görə müştərilərimiz arasında çox populyardır. Depozit məhsullarımızın müxtəlifliyi müştərilərimizin investisiyalarını diversifikasiya edərək, daha uzunmüddətli qərarlar qəbul etmələrinə şərait yaradır.

Düzgün balanslaşdırılmış portfel həm müxtəlif coğrafi məkanlar, həm də müxtəlif aktiv növləri üzrə diversifikasiya edilməlidir. Bu isə passiv investorlar üçün əlavə çətinliklər yaradır. PAŞA Private Banking məhz bu mürəkkəbliyi aradan qaldırmaq üçün xidmətinizdədir. Təcrübəli mütəxəssislərimiz və beynəlxalq tərəfdaş şəbəkəmiz sayəsində müştərilərimizin investisiya portfellərini arzuladıqları risk-gəlir nisbətinə uyğunlaşdıra bilirik.

Hər müştəri unikaldır və hər birinin qəbul edə biləcəyi məxsusi risk səviyyəsi mövcuddur. Risklərə məruz qalma əsasən üç səviyyədə olur:

• Yüksək riskli investisiya portfeli - yüksək gəlir əldə etmək niyyətində olan və bunun yüksək risklə şərtləndiyini və bağlı olduğunu anlayan investorlar üçün uyğundur.
• Orta riskli investisiya portfeli - Yüksək riski qəbul etməyən orta səviyyədə gəlir qazanmağa üstünlük verən investorlar üçün müvafiqdir.
• Kiçik riskli investisiya portfeli - Risk səviyyəsinin minimuma endirilməsi müqabilində gəlirin nisbətən az olmasına razı olan investorların seçimidir.

Yuxarıda sadalanan risk səviyyələrindən hansının Sizin üçün daha uyğun olduğunu müəyyən etmək üçün bizim əməkdaşla əlaqə saxlayın.