Biz müştərilərimizə geniş çeşidli elitar debit və kredit kartları təklif edirik:

Visa InfiniteWorld Elite MasterCard tez-tez xarici səfərlərdə olan yüksək gəlirli insanlar üçün xüsusi hazırlanmış kartlardır. Bu kartlar Sizə əvəzsiz xidmət və üstünlükləri, o cümlədən səyahətiniz, alış-verişiniz və bütövlükdə həyat tərziniz ilə bağlı unikal imkanları təmin edəcəklər. Bu kartlar həm debit, həm də kredit kartları kimi əldə edilə bilməklə yanaşı, yüksək səviyyəli konsyerj xidməti, səyahət sığortası və səyahət müddətində dəstək xidməti ilə xidmətinizdədir.

MasterCard WORLD ELITE™ kart sahibləri əlavə olaraq Priority Pass kartının sahibi olurlar. Priority Pass Sizə və Sizinlə səyahət edənlərə dünyanın 400 şəhərində yerləşən 1200-dən çox hava limaninda biznes və VİP –zallarına çıxış imkanı verir. Daha ətraflı məlumat üçün Priority Pass saytına daxil ola bilərsiniz.
Onu da qeyd edək ki, MasterCard WORLD ELITE™ kartının üstünlükləri siyahısında səyahət sığortası və Concierge xidməti də bərpa olunmuşdur.

Visa İnfinite kart sahibləri artıq Visa LoungeKey xidmətindən yararlanmaq imkanı əldə edirlər. Bu isə o deməkdir ki, Visa İnfinite kartları Sizə dünyanın bir çox hava limanında yerləşən 850-dən çox biznes gözləmə zallarına girişi təmin edir. Daha ətraflı məlumat üçün LoungeKey saytına daxil ola bilərsiniz.

Visa Infinite və World Elite MasterCard plastik kartları barədə daha ətraflı məlumatı aşağıdakı təqdimatlarda tapa bilərsiniz:
Visa Infinite
Word Elite MasterCard

   

• Bütün müştərimiz üçün yararlı olan Platinum card 35 gün ərzində 0% komissiya, xüsusi imtiyaz proqramlarından istifadə etmək imkanı verir. Zəruri hallarda həftənin yeddi günü, günün istənilən vaxtı Siz kartınızı blok edə və ya yeni kart sifariş edə bilərsiniz. Bu kartlar həm MasterCard, həm də Visa sistemində buraxıla bilər. Visa Platinum kart sahibləri artıq Visa LoungeKey xidmətindən yararlanmaq imkanı əldə edirlər. Bu isə o deməkdir ki, Visa Platinum kartları Sizə dünyanın bir çox hava limanında yerləşən 850-dən çox biznes gözləmə zallarına girişi Sizə təmin edir. Daha ətraflı məlumat üçün LoungeKey saytına daxil ola bilərsiniz.

   

• Depozit kartlarımız həm MasterCard, həm də Visa kartları kimi mövcuddur. Bu kartlar müştərilərimizə faiz gəlirlərinə rahat çıxış verir. Bundan əlavə bu kartlar, PAŞA Bankın ATM-dən heç bir komissiya tutulmadan vəsait çıxarmaqla bərabər, dünyanın istənilən yerində, o cümlədən internetlə ödəniş etmək imkanı verirlər.

PAŞA Bank olaraq, biz kartların təhlükəsizliyinə ciddi nəzarət edirik. Məhz buna görə bizim qəbul etdiyimiz təhlükəsizlik ölçüləri Sizi həm onlayn, həm də oflayn fırıldaqçılıqdan qoruyur. Hər hansı şübhəli köçürməyə rast gəldiyimiz halda dərhal zəng edərək, və ya SMS vasitəsilə müştərini xəbərdar edirik. Bundan əlavə, bizim yeni təqdim etdiyimiz 3D təhlükəsizlik texnologiyasının (‘Secure Code' və ‘Verified by Visa') köməkliyi ilə Siz onlayn ödəniş etdiyiniz zaman sistem avtomatik olaraq Sizə göndərəciyi birdəfəlik parolla onlayn alış-verişiniz daha təhlükəsiz olacaq. Bu xidmət tamamilə ödənişsizdir və mobil nömrəsi bizim sistemdə qeydiyyata düşən hər bir müştəri üçün avtomatik aktivləşdirilir.