PAŞA Bank Android (Play Market) və iOS (App Store) əməliyyat sistemlərində olan telefon və planşet istifadəçiləri üçün yeni Mobil Bank Əlavəsini təqdim edir.

Bu Mobil Bank Əlavəsi banka gəlmədən öz şəxsi profilinizdən PAŞA Bank ödəniş kartları vasitəsi ilə aşağıdakı bank əməliyyatlarını həyata keçirmək fürsəti yaradır:

• Əməliyyatlar üzrə kart hesablarından çıxarışlar və balans haqqında ətraflı məlumat əldə etmək;
• Digər bankların ödəniş kartları vasitəsi ilə PAŞA Bank kartlarına mədaxil etmək;
• Bank kartlarını bloka salmaq və ya blokdan çıxarmaq;
• Bank kartları vasitəsi ilə müxtəlif istiqamətlərdə ödənişləri həyata keçirmək (kommunal, mobil operator, dövlət rüsumları, cərimələr və s.);
• Digər bank kartlarına köçürmə əməliyyatlarını həyata keçirmək (kartdan karta);
• Bank kartlarında SMS məlumatlandırma xidmətini aktivləşdirmək, telefon nömrəsini dəyişmək və ya xidməti dayandırmaq;
• Birbaşa Əlaqə Mərkəzinə zəng etmək, Banka elektron məktub göndərmək və ya internet səhifəsinə daxil olmaq.
Əlavə olaraq, proqram vasitəsi ilə istənilən sayda və istənilən bank tərəfindən buraxılmış kartları şəxsi profilə əlavə etmək və kart məlumatlarını (məhsulun növü, kartın nömrəsi, istifadə müddəti və s.) əldə etmək mümkündür.
• PAŞA Bank kreditlərini ödəmək
• PAŞA Bank kreditlərini əvvəlcədən ödəmək

Android əməliyyat sistemi ilə telefonlar və planşetlər üçün:
https://play.google.com/store/apps/details?id=az.pasha.mobilebank

iOS əməliyyat sistemi ilə telefonlar və planşetlər üçün:
https://itunes.apple.com/az/app/pasha-mobile-bank/id1139683794