Qlobal konsyerj xidməti

PASHA Private Banking etibarlı tərəfdaşları vasitəsilə müştəriləri üçün sinfinin ən yaxşı konsyerj xidmətini təklif edir. Sizin vaxtınızı dəyərləndirərək, konsyerj şirkəti maraqlı səyahətinizin planlaşdırılmasından başlayaraq ən yaxşı restoranda masanın sifarişi və eksklüziv tədbirlərdə iştirakınızın təmin edilməsi kimi xidmətləri Sizə təklif edə bilər. PAŞA Private Banking-in müştəriləri ilə həftənin yeddi günü, 24 saat ərzində işləyən, 14-dən çox dildə danışan tərəfdaşlarımızın xüsusi komandası daxil olan sorğuları vaxtında, tam və keyfiyyətli icra etməyə yardımçıdır.