Xüsusiyyətlərimiz

Hər zaman yanınızdayıq

Hər zaman yanınızdayıq

Azərbaycan ilə yanaşı Gürcüstan və Türkiyədə də nümayəndəliklərimizin olması Sizi özəl bankçılıq mütəxəssisinizi və ya maliyyə məsləhətçinizi görmək üçün uzaq məsafəyə səyahət etmək məcburiyyətindən azad edir. Biz Sizin maliyyə və qeyri-maliyyə tələblərinizi və istəklərinizi, o cümlədən iqtisadi məsələlərlə bağlı həssaslığınızı gözəl anlayırıq. Məhz bu səbəbdən harada olduğunuzdan asılı olmayaraq özəl bankçılığda xüsusi yanaşmamızla xidmətinizdəyik.

Beynəlxalq standartlara uyğun qabaqcıl xidmət

Beynəlxalq standartlara uyğun qabaqcıl xidmət

"PAŞA Private Banking"in beynəlxalq ixtisaslı özəl bankçılıq mütəxəssisləri qabaqcıl dünya təcrübəsinə əsaslanan geniş və çox şaxəli bank xidmətləri göstərirlər. Komandamızın peşəkar üzvləri İsveçrənin aparıcı bankçılıq məktəblərində təlim keçmişlər. Dürüstlük və məxfilik dəyərləri üzərində formalaşmış biznes etikamız komandamızın iş yanaşmasında əsas istinad nöqtəsidir. Əlavə olaraq, beynəlxalq təşkilatlarla tərəfdaşlığımız sayəsində müştərilərimiz aparıcı beynəlxalq maliyyə və qeyri-maliyyə institutlarına çıxış imkanları əldə edə bilirlər. Biz bankçılıq seqmentində investisiya portfeli, kapitalın strukturlaşdırılması, aktivlərin qorunması, maliyyə və sığorta resurslarından istifadə imkanları üzrə yüksək keyfiyyətli məsləhətlər təklif edirik.

Beynəlxalq dəstək

Beynəlxalq dəstək

Müştərilərimizin biznes və həyat tərzinin dinamikliyi və qloballaşması bizə eyni tərzdə fəaliyyət göstərməyə sövq edir. Peşəkarlığımız və genişlənən beynəlxalq tərəfdaşlar şəbəkəsi sayəsində biz müştərilərimizə yerləşdikləri məkandan asılı olmayaraq yüksək keyfiyyətli xidməti təmin edirik.

Özəl bankçılıq aktivlərin qorunmasına və artırılmasına xidmət edir. Biz "PAŞA Private Banking" olaraq çalışqan və məsul bankçılıq göstərmək əzmindəyik!