Müştərilərimizi digərlərindən fərqləndirən xüsusiyyətlər bunlardır:

• Pro-aktiv və dünya miqyaslı düşüncə sahibi olmaları;
• Vaxt və vəsaitin dəyərini bilmələri;
• İş və həyat tərzinin ehtiyaclarına uyğun beynəlxalq həllərə hazır olmaları;
• Aktivlərin diversifikasiyasının əhəmiyyətini anlayaraq uzunmüddətli qərarlar verməyi bacarmaları.

Bizə müraciət etdiyiniz halda Sizə təyin ediləcək fərdi özəl bankçılıq mütəxəssisi gündəlik bank köçürmələrindən tutmuş aktivlərin idarəedilməsi üzrə geniş strategiyanın hazırlanmasına qədər tələb olunan dəstəyi göstərəcək.