Yeni müştərilərlə əməkdaşlığa başlayanda onlardan "Öz Müştərini Tanı" anket formasını cavablandırmağı rica edirik. Bu anket müştərilərin qəbul edə biləcəyi risk səviyyəsini, investisiyalar haqqında məlumatlı olub-olmamasını, o cümlədən maliyyə vəziyyətini öyrənmək məqsədilə yaradılmış beynəlxalq səviyyədə tanınan və qəbul edilən alətdir. "Öz Müştərini Tanı" anketi müştərilərimizin daxili tələblərimizə uyğunluğunu müəyyən etməklə yanaşı onlara ən münasib xidmət göstərməyimiz üçün əvəzsiz bir vasitədir.