Komandamız

Peşəkar komandamızın üzvləri mükəmməl analitik bacarıqları və ünsiyyət qabiliyyətləri ilə seçilirlər. Əməkdaşlarımız aparıcı təhsil müəssisələrindən aldıqları biliklərlə yanaşı, özəl bankçılıq sahəsində geniş təcrübəyə malikdirlər. Əməkdaşların peşəkar inkişafı bizim üçün çox əhəmiyyətlidir. Bu səbəbdən onların bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirakları təmin edilir.

Komanda üzvlərimiz

İşə yanaşmamız

İşə yanaşmamız

Müştərilərlə iş zamanı rəhbər tutduğumuz əsas dəyərlər:

• Peşəkarlıq - Hər bir müştərimizə fərdi yanaşır, hər birinin gözləntisinə uyğun xidmət göstəririk.
• İnnovativlik - Biz hər zaman müştərilərimiz üçün yeni investisiya alternativləri axtarırıq.
• Şəffaflıq və Etibarlılıq - Biz müştərilərlə əməkdaşlığımızı şəffaflıq, etibarlılıq və düzgünlük üzərində qururuq.
• Məxfilik və Dürüstlük - İşimizdə məxfiliyi və müştərilərimizlə münasibətdə dürüst olmaq bizim üçün ali prioritetdir.
• Dünyaya çıxış - Geniş beynəlxalq tərəfdaş şəbəkəmizin köməkliyi ilə müştərilərimizə dünyanın istənilən yerində müxtəlif səpkili maliyyə və qeyri-maliyyə xidmətləri göstəririk.