FAQ
“PASHA Private Banking” yüksək gəlirli şəxslərə fərdi maliyyə xidmətlərini və bank məhsullarını təklif edir. Eyni zamanda yüksək peşəkarlığı və konfidensiallığı tam qoruyaraq müştərinin gəlirinin risksiz idarə edilməsini təmin edir.
“PASHA Private Banking” müştərisi olduqdan sonra hesabın açılması ödənişsizdir.
Sərvətin idarə edilməsi istəyinizə uyğun investisiya və ya maliyyə təkliflərinin hazırlanmasını,həmçinin konsultasiya xarakterli məsləhətləri özündə birləşdirən xidmətdir.
100 000 AZN/EUR/USD/GBP yatırım və ya 100 000 AZN-dən başlayan depozit hesabı açmaqla “PASHA Private Banking” müştərisi ola bilərsiniz.
Müştərimiz olaraq siz sərvət və gəlirinizin idarəolunmasında dəstək və məsləhət xidmətləri, 24/7 şəxsi müştəri meneceri, yüksək konfidensiallıq, depozit qutuları, premium partnyorluq imkanları, bu və digər üstünlüklərdən faydalana bilərsiniz.
Bəli. İllik xidmət haqqı ödəyərək müştəri ola bilərsiniz. Bu halda seqmentə uyğunluğunuz monitorinq olunacaq.
Əməkhaqqı, alqı-satqı və ya icarə müqaviləsi, sığorta hesabı, depozit təminatı, dividentlər və digər bu kimi sənədlər müştərinin əldə etdiyi gəliri təsdiq etmək üçün kifayətdir.
Şəxsi müştəri meneceri müştəri ilə bank arasında olan əsas əlaqəli şəxsdir. Müştərilərin banka gəlmədən hər növ bank sorğularını 7/24 cavablandıraraq onlara daim dəstək göstərir.
Hesablar arası beynəlxalq ödənişin həyata keçirilməsi üçün təyinatı təsdiq edən sənəd lazımdır. 1000 AZN/EUR/USD/GBP dəyərində köçürmələrdə sənədlər əlavə olunmaya bilər.
Ənənəvi bank xidməti olan depozitlər qısamüddətli, sabit, lakin aşağı gəlirlidir. İnvestisiya məhsulları həm qısa, həm də uzunmüddətli prespektivdə təqdim olunmaqla yanaşə, xüsusilə xarici valyutada yüksək gəlirliliyi təmin edir, stabillik və risk dərəcəsinə malik olur. Bəzi məhsullar depozitlərlə eyni risk dərəcəsinə, lakin yüksək gəlir faizinə malikdir.
“PAŞA Bank”ın mobil tətbiqində fərqli dizayn ilə “PASHA Private Banking” bölməsi yer alır. Mobil tətbiq üzərindən aşağı limitlər, hesablararası köçürmələr, şablonlar üzərindən ödənişlər və digər əməliyyatları həyata keçirmək mümkündür.