FAQ
“PASHA Private Banking” yüksək gəlirli şəxslərə fərdi maliyyə xidmətlərini və bank məhsullarını təklif edir. Eyni zamanda yüksək peşəkarlığı və konfidensiallığı tam qoruyaraq müştərinin gəlirinin risksiz idarə edilməsini təmin edir.
100 000 AZN/EUR/USD/GBP yatırım və ya 100 000 AZN-dən başlayan depozit hesabı açmaqla “PASHA Private Banking” müştərisi ola bilərsiniz.
Müştərimiz olaraq siz sərvət və gəlirinizin idarəolunmasında dəstək və məsləhət xidmətləri, 24/7 şəxsi müştəri meneceri, yüksək konfidensiallıq, depozit qutuları, premium partnyorluq imkanları, bu və digər üstünlüklərdən faydalana bilərsiniz.
Şəxsi müştəri meneceri müştəri ilə bank arasında olan əsas əlaqəli şəxsdir. Müştərilərin banka gəlmədən hər növ bank sorğularını 7/24 cavablandıraraq onlara daim dəstək göstərir.