Risk profili

Hansı investor növünə aid olduğunuzu müəyyən etmək üçün risk profili sorğusunda iştirak etməyiniz xahiş olunur.
Şəxsi məlumatlar

Qısa olaraq özünüz haqqında məlumat verməyinizi xahiş edirik

PASHA Private Banking müştərisisiniz?

Məsləhətçiniz kimdir?

Bölmə 1. Portfelin məqsədi

İnvestisiya etməklə əldə etmək istədiyiniz məqsəd və ya nəticədir. İnvestisiya məqsədlərinizi başa düşmək, ehtiyaclarınızı ödəmək üçün sizə ən uyğun investisiya növlərini müəyyənləşdirməyə kömək edir. Fərqli məqsədlərə çatmaq üçün istifadə olunan investisiya məhsulları, fərqli risk səviyyələrinə və potensial gəlirlərə malikdir.

1.Aşağıda göstərilənlərin hansı sizin investisiya portfelinizin gələcək dövr üçün məqsədini təsvir edir?

2.İnvestisiya portfelinizdəki vəsait hesabına nail olmaq istədiyiniz həyatı hədəflər varmı? Aşağıdakı hədəflərdən hansı sizin üçün uyğundur.

Bölmə 2. Risk iştahası

Risk iştahası və ya risk ilə rahatlıq səviyyəniz necə investisiya etməli olduğunuzu müəyyənləşdirir. Ümumiyyətlə, daha yüksək gəlir əldə etmək istəyirsinizsə, daha çox risk etməyi düşünməlisiniz.

1. Sərvətinizin yaradılmasında öz kapitalınızı riskə atmısınızmı?

2. Bunlardan hansı birinə üstünlük verərdiniz?

3. Borc götürərək pul qazanmağa inanırsız?

4. Təsəvvür edin ki, qısa müddətdə sizin etdiyiniz investisiyanın dəyəri 25 % itkiyə məruz qalmışdır. Bu zaman aşağıdakı hərəkətlərdən hansını edərdiniz?

5. Aşağıdakı cədvəldə, 5 müxtəlif investisiya fondlarında hər hansı bir ildə ehtimal olunan ən yüksək qazanc və həmçinin mümkün ola biləcək itki ssenariləri göstərilmişdir. Bunu nəzərə alaraq 100 000 ABŞ dollarlıq vəsaiti hansı fonda yerləşdirərdiniz?

Fond Qazanc (1 ildə) İtki (1 ildə)
A + $5000 - $2500
B + $15000 - $8000
C + $25000 - $14000
D + $35000 - $21000
E + $45000 - $30000

6. 100 000 dollar sərmayə qoyduğunuzu düşünsək, hər hansı bir il ərzində investisiya portfelinizin nə qədər azalmasına dözə bilərsiniz.

7. İnvestisiya qərarları verərkən aşağıdakılardan daha çox hansına əhəmiyyət verirsiniz?

Bölmə 3. – Risk qabiliyyəti

İnvestorun maliyyə riski ilə üzləşdiyi zaman yarana biləcək itkinin idarə edə bilməsi qabiliyyətidir. Sərmayələrinizlə nə qədər risk götürə biləcəyinizi təyin edərkən, yaşınız, məqsədlərinizin prioritetliyi, maliyyə vəziyyətiniz, borcunuz, gəlirinizin miqdarı və sabitliyi də daxil olmaqla vergi dərəcələri və digər obyektiv iqtisadi şərtlərdən asılıdır.

1. Maliyyə bazarları üzrə bilik və təcrübəniz hansı səviyyədədir?

2. Siz öz investisiya kapitalınızı daha çox hansı mənbədən formalaşdırmısınız?

3. Peşənizdən və ya sahibkarlıq fəaliyyətindən gələn sabit gəlir mənbələrinin (əmək haqqı, dividend, faiz) gələcəkdə də dayanıqlı və gözlənilən olmasını necə qiymətləndirirsiniz?

4. İnvestisiya portfelinizdən kapitalı əhəmiyyətli şəkildə çıxarmadan nə qədər müddətə investisiya etmək istəyirsiniz?

5. Sərvətinizin əsas hissəsi aşağıda göstərilmiş aktivlərin daha çox hansındadır?