Portfelin
idarə edilməsi

Aktiv portfel idarəçiliyi həlləri ilə portfelinizin idarəolunmasını mütəxəssislərimizə həvalə edə bilərsiniz.

Müraciət edin
protfelin_idare_edilmesi

Düşünülmüş addımlar

İlk öncə investisiya komandamız sizin risklərə nə dərəcədə hazır olduğunuzu və məqsədlərinizi müəyyən edir. Yalnız bu addımları atdıqdan sonra hədəflərinizə uyğun portfel yaradılır.

Vahid hədəflər

Hədəflərinizə yönəlmiş fərdi investisiya strategiyasının hazırlanması üçün daim sizinlə birgə çalışırıq.

Düzgün istiqamət

Məsləhətçilərimiz dünyada baş verən hadisələrin və bazar tendensiyalarının sizə necə təsir edə biləcəyinə dair bir çox məqamları öncədən görür və investisiyalarınızı zamanında tənzimləməyinizə istiqamət verir.

Sabit gəlir portfelləri

Müəyyən bir müddət ərzində sabit faiz gəliri əldə etmək istəyirsinizsə, bu portfeli tövsiyə edirik. Sabit gəlir portfeli sabit və proqnozlaşdırıla bilən gəlir axını yaradan investisiyalar toplusudur. Bu növ portfel adətən dövlət istiqrazları, korporativ istiqrazlar, bələdiyyə istiqrazları və digər borc alətləri kimi sabit gəlirli qiymətli kağızlardan ibarətdir. Sabit gəlirli portfelin əsas məqsədi investor üçün sabit və etibarlı gəlir mənbəyi təmin etməkdir. Sabit gəlirli investisiyalar səhm investisiyalarından daha az dəyişkənlik, risk və gəlirlər təklif edir.

Model portfellər

Hər bir potensial investor üçün risk anlayışı fərqlidir. Risk profilinə uyğun olaraq biz 5 model portfel təklif edirik. Model portfellər səhmlər, istiqrazlar və əmtəə aktivləri üzərində qurulub. Bu portfellər qeyd olunan aktivlərin diversifikasiyası yolu ilə risk və gəlirlilik meyarlarına əsasən formalaşdırılır. 

İnvestisiya modelinizi seçin Risk profilinizi müəyyən edin

  • Bu portfel adətən riski və dəyişkənliyi minimuma endirmək, uzunmüddətli artım üçün müəyyən potensial təmin etmək üçün nəzərdə tutulmuşdur. Çox konservativ portfelin böyük bir hissəsi dövlət istiqrazlarına və qızıl kimi daha az riskli hesab edilən aktivlərə investisiya qoymaqla həyata keçirilir. Bu növ investisiyalar əsasən çox riskdən çəkinən investorlar üçün nəzərdə tutulub.

  • Konservativ portfel aşağı və ya orta volatilliyə (dəyişkənliyə) malik yüksək reytinqli müxtəlif şirkətlərin və dövlətlərin istiqrazları ilə yanaşı, kiçik ölçüdə orta və yuxarı kapitalizasiyalı şirkətlərin səhmlərinə yönəlmiş investisiya strategiyasıdır. Bu növ investisiya adətən portfelinin kiçik bir hissəsini səhm investisiyasına yönəltmək istəyən investorlar üçün nəzərdə tutulub.

  • Balanslaşdırılmış portfel, yüksək və orta kapitalizasiyalı şirkətlərin səhmlərinə investisiya etməklə yanaşı, yüksək reytinqli müxtəlif şirkətlərin istiqrazlarına investisiyanı da özündə cəmləşdirən strategiyadır. Bu cür investisiya strategiyası adətən çox risk almadan portfelində orta artım əldə etmək istəyən investorlar üçün nəzərdə tutulmuşdur.

  • Artım portfeli uzun müddət ərzində yüksək gəlirlilik potensialına malik səhmlərə və digər aktivlərə investisiya qoymaqla yüksək artım potensialına nail olmaq üçün bir investisiya portfelidir. Artım portfeli adətən böyük həcmdə müxtəlif şirkətlərin səhmlərinə yönəlmiş investisiya strategiyasına daxil olur. Bu növ investisiya strategiyası əsasən risk götürmə qabiliyyəti yüksək olan investorlar üçün nəzərdə tutulub.

  • Aqressiv artan portfelin əsas məqsədi inkişaf etməkdə olan bazar səhmləri, kiçik həcmli səhmlər və texnologiya səhmləri kimi ən yüksək gəlirlilik potensialına malik aktivlərə investisiya qoymaqla maksimum kapital artımına nail olmaqdır. Aqressiv artım portfelləri inkişaf edən şirkətlərə və yüksək riskli investisiyalara yönəldildiyi üçün yüksək dərəcədə risk götürmə qabiliyyəti olan investorlar üçün nəzərdə tutulmuşdur.

Fərdi portfellər

İnvestorların fərqli olduğunu başa düşürük və buna görə də müştərilərlə daimi əlaqədə oluruq ki, onların məqsədlərini və istəklərini qiymətləndirə və anlaya bilək. Nəticədə, hər bir müştərinin ehtiyaclarını ödəmək üçün xüsusi hazırlanmış investisiya portfeli hazırlayırıq. 
Müxtəlif müştəri ehtiyaclarına uyğun yerli istiqraz portfeli, sabit gəlir portfeli, pul vəsaitlərinin hərəkətinə uyğun portfel və s. kimi bir neçə portfel yaradırıq. Bu portfellər maliyyə bazarının hər hansı bir seqmentində və ya investisiya alətində iştirak etmək istəməyən, həmçinin xüsusi investisiya yanaşmasını tələb edən investorlar üçün nəzərdə tutulur.

PASHA Private Banking” müştərisi olmaq üçün Şərtlər bölməsi ilə tanış ola bilərsiniz.