Struktur məhsullar

Struktur məhsulların köməyi ilə siz istədiyiniz gəlirlilik səviyyəsini, aktivlərin növünü və risk dərəcəsini tam sərbəst şəkildə müəyyən edə bilərsiniz.

Müraciət edin

Sizə ən uyğun məhsulları kəşf edin

Struktur məhsullar həm istiqraz komponenti, həm də törəmə maliyyə alətləri vasitəsilə səhm xarakteristikasını özündə birləşdirən borc qiymətli kağızlarıdır. Bu məhsullar adətən yüksək reytinqli investisiya bankları tərəfindən buraxılır. 
•    Portfelin fərdiləşdirilməsi
•    Seçilmiş xüsusi məhsulun potensial gəlirini görmək üçün ssenari təhlilləri
•    Keçmiş performanslara istinad

Kapital zəmanətli struktur məhsullar

Kapitalını qoruyaraq, səhm, əmtəə, metal və digər bazarlarda seçilmiş aktivlərin bazar qiymətinin dəyişimindən faydalanmaq istəyən müştərilər üçün nəzərdə tutulub. İnvestisiya edilmiş kapital, müddətin sonunda investora tam şəkildə geri ödənilir. Bununla yanaşı, investora bu struktur notun bağlandığı kənar aktivin müəyyən zaman aralığında bazar qiymətinin dəyişimində qazanc imkanı verilir. 

Səhmə çevrilə bilən istiqrazlar

Standart istiqrazdan daha yüksək gəlir əldə etmək, həmçinin risk iştahası və gəlir səviyyəsini özü müəyyən etmək istəyən investorlar üçün nəzərdə tutulub. Bu məhsul həm səhm, həm də istiqraz məhsullarının xüsusiyyətlərini özündə birləşdirir. Məhsulun izlədiyi səhmlərin göstəricisindən asılı olmayaraq, investor illik kupon gəliri əldə edir.

İstiqraz portfeli – yerli bazar

Azərbaycan istiqraz bazarının yüksək gəlirlilik mühitini nəzərə alaraq, bu portfel yerli bazarda yüksək gəlirli və güclü şirkətləri birləşdirir. Portfel müxtəlif yerli şirkətlərin istiqrazlarından, o cümlədən, suveren Azərbaycan Hökumətinin avrobondları arasında yüksək dərəcədə diversifikasiya olunub.

PASHA Private Banking” müştərisi olmaq üçün Şərtlər bölməsi ilə tanış ola bilərsiniz.