İslam kapitalı və fondları
Bu məhsul investisiya gəlirlərinin şəriətə uyğun olmasını təmin etmək üçün şəriət və İslamın təməl prinsipləri ilə idarə olunur. İlk dəfə 1960-cı illərdə bir konsepsiya olaraq inkişaf etdirilən İslam fondlarının populyarlığı artmaqda davam edir. İnvestisiya tək şirkət səviyyəsində (kapital) və ya fond səviyyəsində edilə bilər.
Sukuk və onun prinsipləri
Xalq arasında İslam və ya şəriətə uyğun “İstiqraz” kimi tanınan Sukukun əsas prinsipi ondan ibarətdir ki, sahibin konkret aktivdə
bölünməmiş mülkiyyət hüququ var və buna görə də həmin aktivdən qazanılan gəliri əldə etmək hüququ var.
Faizlərin hesablanması və ya alınması qadağandır
Şəriətə görə, investorun mənfəət və ya qazancı investisiya faizi ilə bağlı deyil. İnvestorun gəliri satın alınan aktivlərin mənfəəti ilə əlaqələndirilir, yalnız investorun üzərinə götürdüyü kommersiya riskindən əldə edilir.
Əsas sukuk aktivləri şəriətə uyğun olmalıdır
Sukukun əsasını təşkil edən aktivlər və ya bizneslər qumar oyunları, alkoqol və digər qadağan olunan məhsulların istehsalı və ya satışı ilə əlaqəli ola bilməz.
Qeyri-müəyyənlik və spekulyasiyadan istifadə qadağandır
İnvestisiya sertifikatı ilə bağlı bütün hüquq və öhdəliklər şəffaf və aydın olmalıdır.
Digər tematik məhsullar
Tematik məhsullara həmçinin kriptovalyutalar, süni intellekt, daşınmaz əmlak, sağlamlığın qorunması və digər müxtəlif sahələr aid oluna bilər. İslam sərmayəsi sərmayədarların maliyyə ehtiyaclarını dürüstlüklə qarşılamağı hədəfləyən İslam maliyyəsi prinsiplərinə əsaslanır. Halal investisiyaların ən çox istifadə olunan növləri İslam kapitalı və Sukukdur.
PASHA Private Banking” müştərisi olmaq üçün Şərtlər bölməsi ilə tanış ola bilərsiniz.