Qeyri-maliyyə xidmətləri

Qeyri-maliyyə xidmətləri

Daşınmaz əmlak

Daşınmaz əmlak gəlirli və uzunmüddətli investiya növlərindədir. Azərbaycan kimi sürətlə inkişaf edən dövlətlərdə bu investisiya növü xüsusilə geniş maraq oyadır. Ona görə təklif etdiyimiz qeyri-maliyyə xidmətlərinin bir hissəsi olaraq müştərilərimizə həm ölkə daxilində, həm də xaricdə onların tələblərinə cavab verən daşınmaz əmlak tapmaqda yardım edə bilərik. Ehtiyac olarsa, arzu etdiyiniz daşınmaz əmlakın alışı üçün maliyyələşdirmə xəttini də təklif edə bilərik.

Tibbi dəstək

 

Sağlamlıq hər birimiz üçün önəmlidir. Mütəmadi tibbi yoxlanış, ya da mövcud xəstəliyin müalicəsində doğru müalicə müəssisəsinin seçilməsində Sizə kömək edə bilərik. Beynəlxalq tərəfdaşlarımızın köməyi ilə tibbi ehtiyaclarınızın həllində yardımçınız ola bilərik.

 

Təhsil

Övladlarının təhsili haqqında düşünən müştərilərimiz dünyanın aparıcı təhsil mərkəzlərinin təklif etdikləri ən son proqramlar haqqında məlumatı bizdən ala bilərlər. Tam təhsil proqramı, yaxud yay təhsil proqramı olmasından asılı olmayaraq ailənizin ehtiyacına uyğun təhsil təklifləri ilə xidmətinizdəyik.