25/12/2015

Əsrlərdir İsveçrə private banking-in beşiyi hesab olunur. Əgər son səksən il ərzində İsveçrə maliyyə mərkəzi kimi daha çox öz məxfiliyinə (bank sirrinin qorunmasına) görə tanınırdısa, bu günlərdə müştərilər İsveçrə banklarını daha stabilliyi, peşəkarların bolluğu, zəngin təcrübəsi və dayanıqlı inkişafına görə seçirlər. Coğrafi və ya "ölkə riski" adlanan risklərdən yayınmaq istəyənlər üçün İsveçrə bank sistemi uyğun seçimdir.

İsveçrənin tarixi və siyasi quruluşu

Avropanın mərkəzində yerləşən İsveçrə, 1848-ci ildə müstəqil federasiya kimi formalaşıb, həmin dövrə qədər isə konfederasiya olub və onun kökləri daha 700 il öncəyə söykənir. 1848-ci ildən bəri İsveçrə heç bir müharibəyə cəlb olunmayıb və artıq iki əsrdir ki, İsveçrə müstəqil ölkədir. Siyası quruluş birbaşa demokratiyadır, əgər qısaca izah etsək, bu o deməkdir ki, İsveçrə xalqı istənilən siyasi qərarların həlli ilə bağlı səsvermədə iştirak edir. Həmçinin İsveçrədə möhkəm və etibarlı hüquq sistemi mövcuddur.

İsveçrə iqtisadiyyatı

İsveçrə demək, keyfiyyət deməkdir. Sadəcə private banking-də deyil, İsveçrənin istehsal etdiyi hər bir şeydə -dünya səviyyəli saatlardan başlamış, öz sinfinin ən keyfiyyətlisi hesab olunan dərmanlara və tibbi ləvazimatlara qədər, həmçinin xidmət sektorunda bu keyfiyyət özünü büruzə verməkdədir. Bu sıraya dəqiq texnologiya, dadlı şokolad və yenilənən dağ-xizək istirahətini daxil etmək olar. İsveçrə iqtisadiyyatı dünyada ən stabillərdən biri hesab olunur, xüsusən də 2008-ci il maliyyə böhranından sonra, İsveçrə ümumdünya böhranının mənfi təsirlərinə qarşı dözümlü olduğunu sübut edib. Bu son illərdə özünü daha aydın büruzə verir, belə ki İsveçrə ili büdcə profisiti ilə başa vurmağa müəssər olmuşdur, ona görə də ölkənin dövlət borcu dünyada ən aşağı göstəricilərdən birini əks etdirir və eyni zamanda ölkənin millli valyutası İsveçrə Frankı, digər beynəlxalq valyutalar ilə müqayisədə dəfələrlə daha möhkəmdir (İsveçrə nə Avropa birliyinin və nə Avro Zonanın üzvü deyil). The Global Competitiveness Report 2013 - 2014 reportuna əsasən İsveçrə artıq dördüncü dəfədir ki, bütün ölkələr arasında ən rəqabətə davamlı ölkə seçilir.

Böhranlar üçün sakit liman

Yuxarıda qeyd edilənlər İsveçrəni böhranları yola salmaq üçün ideal məkana çevirir. Təsəvvür edin ki, artıq növbəti böhran dalğası rezident olduğunuz ölkənin bank sistemini hədələyir. İndiki halda, ABŞ neft ixracına qadağanı götürməsi və FED-in dolların uçot dərəcəsini yüksəltməsi nə Azərbaycan manatı, nə də bank sistemi üçün yaxşı heç nə vəd etmir. Məhz belə bir qarışıq zamanlarda, sizin maddi maraqlarınızı qoruyacaq Private Banking xidmətləri göstərən bankınızın İsveçrə kimi ölkədə olması vəsaitlərinizi mümkün itkilərdən qoruyur. Əgər siz investisiya etdiyiniz dönəm ərzində həm də aktivlərinizin təhlükəsizliyinə əmin olmaq istəyirsinizsə, onda bu aktivlərin idarəsini isveçrə Private Banking xidmətləri göstərən banklarını etibar edə bilərsiniz. (Standard & Poor's Global Banking Industry Country Risk Assessment). Uzunmüddətli perspektivdə öz aktivlərinizi qorumaq və artırmaq istəyirsinizsə, bu tip nüanslarda diqqətli olacaqsınmız.

İsveçrədə Private Banking

Heç də bütün banklar eyni deyil. İsçveçrənin bank aləmi çox rəngarəngdir. Burada əhali ilə işləyən adi pərakəndə banklar, həmçinin şirkətlər ilə işləyən korporativ banklarda da vardır, hər iki qrupda həm yerli, həm də iri beynəlxalq bankların təmsilçiləri fəaliyyət göstərir. Bundan əlavə, İsveçrədə zəngin şəxslər üçün akvitlərin etibar əsasında idarə edilməsi xidməti göstərən şəxsi bankar da vardır ki, onların özünü də bir neçə qrupa bölmək olar.

Birinci kateqoriya - iri beynəlxalq bankların Private Banking bölmələridir: Credit Suisse (Clariden), UBS (Union de Banques Suisses), BNP-Paribas, ING. Varlı fərdi müştəri üçün onlar bəlkə də ən yaxşı seçim deyil. Bu bankların səhmləri birjada dövriyyədədir və onlar öz səhmdarlarına daha çox gəlir qazandıqlarını göstərməkdə maraqlıdır, ona görə də öz maliyyə alətlərinin satışını artırmağa daha çox can atırlar. Bank sizə ilk növbədə öz investisiya fondundan pay satır, halbuki bazarda daha effektiv işləyən analoji fondlar da vardır.

Müştərilər ilə qarşılıqlı münasibətlər elə də yüksək səviyyədə deyil, sözsüz ki, siz maksimum diqqət ilə əhatə olunacaqsınız, amma trans milli banklarda menecerlər tez-tez dəyişir, vəzifələri artırılır, başqa ölkəyə ezam olunur və ya sadəcə iş yerlərini tərk edirlər. Müştəri hər dəfə maliyyə vəziyyətini yeni əməkdaşa izah etməli olur ki, bu da əlavə narahatlıq yaradır.

Buna baxmayaraq, beynəlxalq bankları, kapitalı nisbətən kiçik olan yəni 1 milyon dollara qədər olan investorlara rahatlıqla tövsiyə etmək olar. Credit Suisse və UBS vasitəsi ilə fərdi müştərilər vəsaitlərini minimal həcm ilə investisiya fonduna qoya və ya öz investisiya portfelini yarada bilərlər. Bir vaxtlar bu xidmətlər həqiqi şəxsi İsveçrə banklarının çox milyonlu müştərilərə təqdim etdiyi əsas imtiyazlardan biri idi.

İkinci kateqoriya - ənənəvi maliyyə evləri: Pictet & Cie, Wegelin & Co, Mirabaud & Co və başqaları.

Georges-Favon bulvarında yerləşən Pictet & Cie-nin baş ofisi bank binasından daha çox dəbdəbəli oteli xatırlardır. Böyük şüşə qapıların arxasında sizi qapıçı qarşılayacaq və nəzakətlə ziyarətinizin səbəbi ilə maraqlanacaq. Bundan sonra sizi şəxsi mencerinizin yanına yola salacaq (əgər varsa ) və ya tanışlıq üçün bank əməkdaşının yanına qədər müşayiət edəcəklər. Bu beş mərtəbəli imarət çox təmtəraqla bəzədilib. Divarlarda bahalı, gözəl çərçivəli rəsm əsərlərini, rəflərdə isə Büffonun "Təbii tarix" əsərinin antikvar cildlərini görmək olar. Onlar əsası 1805-ci ildə qoyulmuş bankla demək olar ki həmyaşıddırlar.

Belə banklar artıq 150 ildən çoxdur ki, fəaliyyət göstərir və ailə biznesi kimi idarə olunur. Hüquqi cəhətdan ailə üzvləri tam tərəfdaş hesab olunur. Bu o deməkdir ki, idarəedicilər sizin vəsaitinizə görə öz ailəvi mülkləri ilə məsuliyyət daşıyırlar.

«Bu ən yaxşı keyfiyyət zəmanətidir. Biz heç vaxt müştəriyə özümüzə rəva bilmədiyimiz maliyyə alətəni almarıq" - Forbesə müsahibəsində İvan Pikte bildirib, o Pictet & Cie-nin 10 həmsahibindən biridir. Şəxsi məsuliyyət dərəcəsinin yüksək olması həlledici rol oynayr. Bu gün İvan Pikte və onun tərəfdaşlarının idarəsi altında 185 milyard dollardan çox vəsait vardır. Onların yarısı şəxsi investorların vəsaitidir. Digər hissəsi beynəlxalq pensiya fondları və siğorta şirkətləri tərəfindən ona etibar edilmiş vəsaitlərdir.

Şəxsi banklar nəsildən -nəsilə ötürülən ailə biznesinin idarəedilməsi üçün yaxşı seçimdir. Banklar mülkün ailə üzvləri arasında bölüşdürülməsinə kömək edir, vergiləri azaldır və mirası təsdiqləyir. Zəngin müştərilər üçün belə banklar getdikcə sanki bir doğma adama, yaxın ailə üzvünə çevrilir. Onlar əcnəbi şəhərdə təhsil alan uşaqların qeydinə qalır, mənzil kirayələməyə köməklik göstərir və ya Braziliyada ranço almağa yardım edirlər.

Amma belə münasibətlər çox bahalıdır, sözün həqiqi mənasıda. Pictet bankında standanrt hesabın həcmi 8 milyon dollar dolları üstələyir, yüksək komissiyalar və aktivlərin konseravtiv idarə edilməsi (müştərinin seçimindən asılıdır) nəticədə kapitalın artımına deyil, hətta azalmasına gətirib çıxara bilər. Burada həm inflyasiyanı, həm də valyuta kursunun dəyişməsini nəzərə almaq lazımdır. Bundan əlavə, ailə bankları yeni müştərilərin cəlb edilməsində olduqca ehtiyatlı davranır. Kriminal insanların pulları ilə bağlı qalmaqallara düşməmək üçün İvan Pikte potensial müştərilərin cərgəsini məhdudlaşdırır.

Üçüncü kateqoriya - yeni şəxsi banklardır. Onlar isveçrədə 20-ci əsrin ikinci yarısında meydana gəliblər. Özlərinin "böyük qardaşlarından" fərqli olaraq, onlar elə də konservativ deyillər və investisiyaların daha çox gəlirliliyinə yönəliblər. Onlar aktivlərin idarəedilməsi üzrə klsassik kompaniyaları xatırladırlar: özlərində müştəri ilə ünsiyyətdə isveçrə tərzini, aqressiv kapital idarəetməsində isə ingilis-amerikan tərzini birləşdirir. Məhz bu fəlsəfə üzərində bir nəsil maliyyə institutları yetişib, onlardan Syz & Co və ya UBP-ni (Union Bancaire Privee) qeyd etmək olar. Həmçinin 1890-cı ildə yaranmış, Julius Baer bankını da bu qrupa aid etmək olar. Onlar öz fondlarını idarə edir, həmçinin digər fondlarda da paylar alır. Lakin yalnız öz sahəsində ən yaxşı hesab etdikləri halda bu payları alırlar. Syz, qrupun idarəetməsi altında bu gün 10 milyard dollardan artıq vəsait, 17 ənənəvi və 7 hedc fond vardır.

Bu bankların komissiyaları iri ailə maliyyə institutlarının komissiyaları ilə müqayisə ediləcək vəziyyətdədir, lakin aktivlərin idarə edilməsindən gələn gəlir daha çox ola bilər. Məsələn bank Syz & Co bu komissiyaları idarəedilən vəsaitin 0,5% həcmində və gəlirlərin əvvəlcədən müəyyən edilmiş minimum kapital gəlirlərindən daha artıq olan hissəsinin 45%-i həcmində müəyyən edib. Investisiyaların start həcmi isə 1 milyon dollardan başlayır.

Nəhayət dördüncü kateqoriya - onları bank adlandırmaq tam düzgün olmazdı, belə ki onlarda depozit açmaq mümkün deyil, onların sərbəst maliyyə instituları olub, aktivləri idarə edir. Nümunə olaraq, Octogone və Dynagest adlarını qeyd etmək olar. Bu müəssisələr bilərəkdən öz fondlarını yaratmır ki, maraqların toqquşmasından yayınsınlar, yəni ilk növbədə müştəriyə öz fondlarından pay təklif etməsinlər. onların öz fikirlərinə görə ən yaxşı fondları seçir -istər adi, istər də hedc fond və müştərilərinin vəsaitlərini yatırırlar.

Bu maliyyə strukturlarının əsas müştəriləri - institutsional investorlardır - pensiya fondları, sığorta şirkətləri və əlbəttə ki zəngin insanlar. Hesabın minimal həcmi 1 milyon dollardır. Səbəst maliyyə müəssisələri ilə iş görmək naşılar (təcrübəsizlər) üçün deyil: vəsaitlərin hara yatırılması ilə bağlı son qərarı müştəri verməlidir, bunun üçün isə müvafiq maliyyə səriştəsi və təcrübə tələb olunur. Vasitəçilərin sayı az olduğundan komissiyaların həcmi burada adi banklar ilə müqayisədə daha aşağıdır. Bir qayda olaraq, onların investisiyaların 0,1% həcmində olur.

Bəz bu dörd kateqoriaydan hansına müraciət etməli?

Var-dövləti həddindən artıq olan insanlar üçün ən düzgün qərar - diversifikasiyadır. Əgər, sizin 30-50 milyon dollarınız varsa, mən sizə məsləhət görərdim ki, onları 2-3 fərqli banka aparasınız" - Erik SiZ, Syz & Co bankının idaəredicisi və sahiblərindən biri deyir.- Amma zəhmət olmasa, pullarınızı demək olar ki, eyni əməliyyatları edəcək banklara aparmayın, məsələn biz və Julius Baer, çünki bu diversifikasiya deyil". Əgər sizin pulunuz 2-3 milyondan artıq deyilsə, diversifikasiya haqqında düşünməyə dəyməz, siz hansısa bir bankı seçməli olacaqsınız. Sonradan anlaşılmazlıq olmasın deyə, öz bankirinizə izah edin ki, siz öz vəsaitlərinizin idarə edilməsindən nə gözləyirsiniz: gəlirlilik ya etibarlılıq.

Kapitalın idarə edilməsi etibarlılıqdan əlavə İsveçrə bankların ən üstün xüsusiyyətidir. Hər şeyə rəğmən İsveçrə hələ də idarəetməsi altında olan qeyri-rezident aktivlərinin həcminə görə dünya lideridir. Bu zaman cəlb edilən vəsaitin 46%-i institutsional investorların payına düşür: İsveçrənin və ya digər ölkələrin pensiya fondları, sığorta şirkətləri. Stiv Bernar, Cenevrə Maliyyə Assosiasiyasının direktorunun sözlərinə əsasən bu keyfiyyətli idarəetmənin ən bariz sübutlarından biridir. Çünki institusional investorlar bankları məxfiliyinə görə deyil, məhz onların fəaliyyətinin analizi, gəlirliliyi və komissiaylarının həcminə görə seçirlər. İsveçrədə bank seçərkən, portfeldəki insitutsional investorların payına diqqət etmək lazımdır, göstərici nə qədər yüksək olarsa, o qədər yaxşıdır.

İsveçrə anlamında keyfiyyətli idarəetmə yüksək gəlirlilik deyil, kapitalın stabil böyümə əmsalını nəzərdə tutur. Məsələn, avropa şirkətlərinin səhmlərindən və istiqrazlarından ibarət balanslaşdırılmış 10 ən yaxşı fond isveçrə banklarının idarəetməsi altında 5,6% -dən (Lombard Odier Darier Hentsch) 13%-ə qədər (Julius Baer) qazanıblar. "Biz fond indeksləri ilə rəqabət aparmırıq, bizim əsas məqsədimiz pulları itirməməkdir. - Erik Siz söyləyir. Syz & Co-nun fondanların biri 5 ilin nəticələrinə əsasən, yüksək nüfuzlu Lipper agentliyi tərəfindən Avropanın ən yaxşı qarışıq investisya fondu seçilib.

Yekun nəticədə isə investisiyanın gəlirliyi - müştərinin seçimindən asılıdır. Banklar fərqli investisiya strategiyaları təklif edir, ən konservativdən ən riskli və gəlirlilərə qədər.